Telefon
WhatsApp
Britaniya rusiyalı alimlərə sanksiya tətbiq edib
300 X 250 Reklam Alanı

Böyük Britaniya hökuməti Rusiyanın kimyəvi silah proqramının hazırlanmasında iştirak edən alimlərə və elmi-tədqiqat müəssisələrinə qarşı yeni sanksiyalar tətbiq edib.

Yeni info.az-a Modern.az Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, sanksiyalar 2018-ci ildə İngiltərənin Solsberi şəhərində keçmiş rusiyalı casus Sergey Skripal və qızı Yuliyaya qarşı sui-qəsddə istifadə olunan “Noviçok” sinir-iflic maddəsinin hazırlanmasında iştirak edən şəxsləri və qurumları əhatə edir. Həmin hadisə nəticəsində təsadüfən zəhərlənən britaniyalı Don Sturcess həyatını itirmişdi.

Yeni məhdudiyyətlərə, həmçinin Rusiya müxalifətinin tanınmış simalarından Aleksey Navalnıya qarşı istifadə olunduğu bildirilən “Epibatidin” toksininin hazırlanmasında iştirak edən şəxslər də daxil edilib.

Sanksiyalar yeddi fiziki şəxs və iki elmi-tədqiqat institutunu əhatə edir. Məhdudiyyətlər çərçivəsində onların aktivləri dondurulub və Böyük Britaniyaya girişlərinə qadağa qoyulub.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150