Britaniya Ukraynaya HHM raketlərinin yeni partiyasını göndərəcək
Britaniya Ukraynaya HHM raketlərinin yeni partiyasını göndərəcək
Böyük Britaniyanın Baş naziri Kir Starmer çərşənbə axşamı "istəklilər koalisiya"nın onlayn iclası zamanı Londondan Kiyevə yeni hava hücumundan müdafiə (HHM) raketlərinin göndəriləcəyini elan edib.
Starmer koalisiya ölkələrinin liderlərini Ukraynada mümkün hərbi kontingentin yerləşdirilməsi ilə bağlı möhkəm öhdəliklər götürməyə çağırıb.
"Yaxın həftələrdə Böyük Britaniya Ukraynaya daha çox hava hücumundan müdafiə raketləri göndərəcək", – deyə baş nazir bildirib.
Starmer həmçinin Rusiyadan enerji daşıyıcılarının tədarükünə tam embarqo tətbiq etməyə çağırıb və bunun Moskva üzərində təzyiqi davam etdirəcəyini, son tədbirlərin artıq təsir göstərdiyini vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada mümkün atəşkəs barədə danışıqlar müsbət istiqamətdə irəliləyir. "Ukrayna ABŞ-nin nizamlanma planına bəzi konstruktiv dəyişikliklər təklif edib və Kiyevin Avropalı müttəfiqləri bu dəyişiklikləri dəstəkləyiblər", – deyə nəşr Starmerdən sitat gətirib.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?