Britaniya Ukraynaya qoşun yeritmək üçün maliyyə ayırmağa hazırdır
Britaniya Ukraynaya qoşun yeritmək üçün maliyyə ayırmağa hazırdır
Böyük Britaniya hərbi əməliyyatlar dayandırıldıqdan sonra Ukraynaya qoşun göndərmək fikrindən əl çəkməyib. Hərbi kontingentin yerləşdirilməsinin dəyəri 100 milyon funt sterlinqdən (135 milyon dollar) çox qiymətləndirilir.
Bu barədə Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib.
“Sülh mümkündür. Əgər ABŞ Prezidenti Donald Tramp sülh əldə edə bilsə, biz bu sülhün uzun müddətə təmin edilməsi üçün kömək etməyə hazır olacağıq. Bu, bizdən sərmayə qoymağı və qoşunlarımızın dislokasiyaya hazırlığını tələb edir. Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, zərurət yaranarsa, o, Britaniya hərbi qulluqçularını Ukraynanın ərazisində görmək istəyər. Mən artıq sülh halında istənilən mümkün dislokasiyaya hazırlıq üçün milyonlarla funtun ayrılmasını sürətləndirmişəm. Mən hesab edirəm ki, xərclər 100 milyon funtdan çox olacaq”, - nazir bildirib.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf