Britaniyalı "Formula 1" pilotu Azərbaycanda xal qazana biləcəyinə inanır
Britaniyalı "Formula 1" pilotu Azərbaycanda xal qazana biləcəyinə inanır
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Haas" komandasının pilotu Oliver Berman Azərbaycan Qran-prisində xal qazana bilər.
Bu barədə ötən gün ikinci sərbəst yürüşü beşinci sırada tamamlayan britaniyalı sürücü açıqlama verib.
O, yaxşı rəqabət apara bildiklərini deyib.
"Birinci test yürüşündə bəzi çatışmazlıqları hiss etdik. Növbətidə isə bunları yaxşılaşdırdıq və mübarizənin içində olduğumuzu gösdərdik".
O, Bakıdakı yarışda yaxşı nəticə qazana biləcəklərini də vurğulayıb:
"Xal qazanmaq mümkündür. Orta sıralarda çox gərgin mübarizə var. Ən önəmlisi sıralama turunu səhvsiz başa vurmaq və əsas yarışda tempi tapmaqdır".
Qeyd edək ki, bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək. Əsas yarış sentyabrın 21-də baş tutacaq.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma