Bu bitki yağının faydaları
Bu bitki yağının faydaları
Zeytun yağının əlavə sümük qoruması təmin etdiyi aşkar edilib. Daha çox zeytun yağı istifadə edən insanlarda güclü sümük kütləsinin göstəricisi olan osteokalsin zülalı yüksək səviyyədə olur.
Afina Universitetinin alimləri tərəfindən irəli sürülən başqa bir nəzəriyyəyə əsasən, zeytun yağı ilə zəngin pəhriz yüksək antioksidant tərkibinə görə sümükləri gücləndirir.
Aralıq dənizi pəhrizinin əsas komponenti olan zeytun yağı uzun müddətdir sağlam qida kimi təqdim olunur. İspan tədqiqatçıları iki il ərzində zeytun yağının insan sümük sağlamlığına təsirini araşdırıblar. Onlar aşkar ediblər ki, çox miqdarda zeytun yağı istehlak edənlərdə osteokalsin zülalının səviyyəsi ən yüksəkdir.
Bu, insanın sümüklərinin nə qədər güclü olduğunu göstərir. Osteokalsinin çatışmazlığı kövrəkliyi və sınıqlara qarşı həssaslığı göstərir.
Bu zülal sümük əmələ gəlməsində iştirak edən hüceyrələr tərəfindən ifraz olunur. Bir nəzəriyyəyə görə, osteokalsin insulin müqavimətinin inkişafının qarşısını alır, bu vəziyyət bədənin bu hormona qarşı immunitet inkişaf etdirdiyini göstərir. İnsulin müqavimətinin sümükləri zəiflətdiyi sübut olunub.
Tədqiqatlar göstərir ki, bu pəhriz xüsusilə qadınlar üçün faydalıdır.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu