Bu gün Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası keçiriləcək
Bu gün Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası keçiriləcək
Sentyabrın 18-də Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumət başçıları və vitse-prezidentlərinin iclası keçiriləcək.
Tədbirdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın hökumət başçıları, Türkiyənin vitse-prezidenti və TDT-nin Baş katibi iştirak edəcəklər.
İclasda iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat, rəqəmsallaşma, enerji, kənd təsərrüfatı və digər sektorlar üzrə əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunacaq. Türk dünyası ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi məqsədilə Türk Dövlətləri Təşkilatının mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də baxılacaq.
Xatırladaq ki, 2025-ci ildə Türk Dövlətləri Təşkilatına sədrlik Qazaxıstandan Qırğızıstana keçib.







Oxşar -Yeniinfo.az
Zəncəfilin faydaları və zərərləri – Mütəxəssis
Prezident Ayazın ailəsinə “KamAZ” hədiyyə etdi
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü