Bu iki ölkə Ukraynaya 2 milyard və F-16 qırıcıları verəcək
Bu iki ölkə Ukraynaya 2 milyard və F-16 qırıcıları verəcək
Belçika və İspaniya Ukraynaya müdafiə yardımı olaraq hərəsi 1 milyard avro ayıracaq. Bundan əlavə, Ukrayna ordusu əlavə F-16 qırıcı təyyarələri və ehtiyat hissələri alacaq.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Mixaylo Fedorov Belçika və İspaniya müdafiə nazirləri Teo Franken və Marqarita Robles ilə söhbətindən sonra məlumat verib.
Tərəflər hava hücumundan müdafiənin gücləndirilməsi, dron imkanlarının inkişaf etdirilməsi və cəbhə xəttindəki Ukrayna müdafiəçilərini sursatla təmin etmək üçün "Çexiya təşəbbüsü" də daxil olmaqla, əməkdaşlığın əsas sahələri barədə razılığa gəliblər.
“Belçika bu il Ukraynaya müdafiə yardımı olaraq 1 milyard avro ayırır. Ölkə həmçinin Ukraynaya əlavə F-16 qırıcı təyyarələri göndərmək və mövcud təyyarələr üçün ehtiyat hissələrinin tədarükünü təmin etmək niyyətini təsdiqləyib. Bu il İspaniya da Ukraynaya 1 milyard avro dəstək verəcək”, - deyə Fedorov qeyd edib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi