Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Bu ölkədə fövqəladə vəziyyət elan edildi
Nigeriya Prezidenti Bola Tinubu ekstremistlər tərəfindən sakinlərin kütləvi şəkildə oğurlanması ilə müşayiət olunan təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Bu barədə Qərb KİV-ləri xəbər verib.
"Təhlükəsizlik vəziyyətinin pisləşməsini nəzərə alaraq, fövqəladə vəziyyət elan etmək və Nigeriya Silahlı Qüvvələrinə əlavə əsgər qəbul etmək qərarına gəldim", - deyə o bildirib.
Məlumata əsasən, son bir həftə ərzində ekstremistlər ölkə daxilində onlarla digər vətəndaşla birlikdə 315 məktəbli və müəllimi qaçırıblar. Bəziləri xilas edilib, digərləri qaçıb, lakin 265 uşağın və onların müəllimlərinin taleyi hələ də məlum deyil.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?