Bu ölkələrlə tarixi razılaşmalar əldə edirik - Zelenski
Bu ölkələrlə tarixi razılaşmalar əldə edirik - Zelenski
Ukrayna artıq Yaxın Şərq ölkələri ilə İranın pilotsuz təyyarələrindən müdafiə ilə bağlı tarixi razılaşmalar əldə etməyə başlayıb, işlər davam edir.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqə səfəri çox faydalı olub. Orada o, Ukraynaya, bu ölkənin əsgərlərinə və təcrübəsinə müsbət münasibət hiss edib.
Zelenski deyib ki, Fars körfəzi ölkələri Ukrayna və ukraynalı mütəxəssislərlə işləmək üçün ortaq bir mövqeyə malikdir:
"Artıq müqavilələrimiz, tarixi razılaşmalarımız var. Ukrayna və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər. Biz həmçinin İordaniya və Küveytlə işləyirik. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov hazırda regiondadır, siyasi səviyyədə danışıqları davam etdirir. O, bu gün mənə məlumat verib, artıq Bəhreyn və Omandan əlavə sorğular var”.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi