Telefon
WhatsApp
Bu, Rusiya üçün ciddi problemlər yaradır - Qordon
300 X 250 Reklam Alanı

Rusiyanın Prezidenti Vladimir Putin ilk dəfə açıq şəkildə etiraf edib ki, Ukraynanın uzaqmənzilli PUA-ları və raketlərlə həyata keçirdiyi zərbələr Rusiya üçün ciddi problemlər yaradır. Məhz bu, Kremlin Ukraynaya qarşı müharibədə vəziyyətinin getdikcə daha çətin olduğunu dərk etməsinin ən aydın əlaməti hesab olunur.

Axar.az Yeni info.az-a xəbər verir ki, bu fikri britaniyalı hərbi ekspert Hemiş de Bretton-Qordon bildirib.

O qeyd edib ki, Putin döyüş əməliyyatlarını ilk dəfə olaraq ənənəvi Kremlin ifadəsi olan "xüsusi hərbi əməliyyat" deyil, "müharibə" adlandırıb.

Ekspertin sözlərinə görə, bu, Putin üçün olduqca nadir haldır. O qeyd edir ki, münaqişə artıq I Dünya müharibəsindən daha uzun müddətdir davam edir və bu fakt xüsusilə diqqətəlayiqdir.

Qordon işğal altındakı Krımdakı vəziyyətə də xüsusi diqqət ayırıb:

“Sevastopolda yanacaq çatışmazlığı və elektrik təchizatındakı fasilələr səbəbindən fövqəladə vəziyyət rejiminin tətbiq olunması görünməmiş bir siqnaldır.

Bu fövqəladə hadisələr Rusiya hərbçilərinin artıq Putinin uzun illər toxunulmaz ərazi kimi təqdim etdiyi Krımın təhlükəsizliyinə zəmanət verə bilmədiyini açıq şəkildə etiraf etməsi deməkdir"

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150