Bu şirkət Qarabağda işçiləri qanunsuz çalışdırdı
Bu şirkət Qarabağda işçiləri qanunsuz çalışdırdı
Tikinti sahəsində fəaliyyət göstərən “Royal Construction” şirkəti xeyli miqdarda cərimələnib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin tələblərini pozub.
Belə ki, əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət barədə protokol tərtib edilib. Məlum olub ki, “Royal Construction” Zəngilan rayonu, Cahangirbəyli kəndi ərazisində tikinti fəaliyyəti ilə bağlı çalışan əməkdaşları ilə əmək müqaviləsi imzalamayıb.
Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, “Royal Construction” 20 min manat məbləğində cərimələnib.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu