Bu şirkətlə sıx işləyəcəyik - Prezident
Bu şirkətlə sıx işləyəcəyik - Prezident
"Visa" şirkəti ilə çox məhsuldar əməkdaşlıq barədə hökumət qurumlarımızdan məlumat almışam və biz bundan məmnunuq.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
Azərbaycan Prezidenti onların müxtəlif tərəfdaşlarla – İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və bir çox digər təşkilatlarla işlədiklərini xatırladıb.
"Gündəliyimiz, planlarımız və burada görülən işlər barədə məlumatınız var. Biz birmənalı olaraq, müasirləşməni davam etdirmək, insanların gündəlik həyatını daha rahat etmək üçün gələn illərdə "Visa" ilə sıx işləyəcəyik. Çox sağ olun", - dövlət başçısı qeyd edib.
"Visa" şirkətinin baş vitse-prezidenti, MDB və Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros artıq 30 ildir ki, yerli banklarla səmərəli əməkdaşlıq həyata keçirdiklərini bildirib. O vurğulayıb ki, təmsil etdiyi şirkət Azərbaycanda qabaqcıl, təhlükəsiz və inklüziv ödəniş sisteminin inkişafı ilə bağlı layihələr həyata keçirir.
K.Doros "Azərbaycan 2030" Strategiyası çərçivəsində milli prioritetlər üzərində işlə bağlı Azərbaycan hökuməti ilə əməkdaşlıq və tərəfdaşlığa görə minnətdarlığını ifadə edib.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı