Bu sursatların yenilənməsinə illər lazımdır - ABŞ
Bu sursatların yenilənməsinə illər lazımdır - ABŞ
İranla müharibədə istifadə olunan sursatın yenilənməsinə illər lazım olacaq.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Raketdən Müdafiə Agentliyinin direktoru general-leytenant Hit Kollins Konqresdə Nümayəndələr Palatasında dinləmələr zamanı deyib.
“İstifadə olunanların (İranla savaşda – red.) əvəzlənməsi üçün hər gün silah-sursat istehsal edirik. Bunun tamamlanması üçün bir neçə il gərəkdir”, - deyə o bildirib.
Qeyd edək ki, 28 fevralda ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb.
7 apreldə ABŞ Prezidenti Donald Tramp iki həftəlik atəşkəs elan olunduğunu bildirib.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi