Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
Xankəndidə məscid layihəsinin hazırlanmasına 800 min manata yaxın vəsait ayrılıb.
Xankəndi şəhərində inşası nəzərdə tutulan məscid binasının layihələndirilməsi ilə bağlı satınalma həyata keçirilib.
Belə ki, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında bərpa, tikinti və idarəetmə xidməti” publik hüquqi şəxsi tərəfindən keçirilən satınalma müsabiqəsinin qalibi “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu olub.
Müqavilənin dəyəri 798 min 860 manat təşkil edir. Satınalma bir mənbə əsasında həyata keçirilib.
Layihə üzrə işlərin icrasına 2 aprel 2026-cı il tarixində başlanılıb. Müqaviləyə əsasən, işlərin 31 dekabr 2026-cı il tarixinədək yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, layihə Xankəndi şəhərində yeni məscid binasının inşasını nəzərdə tutur.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı