Bu türk ölkəsi də Abraham sazişinə qoşulur
Bu türk ölkəsi də Abraham sazişinə qoşulur
Bu gün ABŞ Administrasiyası yeni ölkənin Abraham sazişinə qoşulacağını elan edəcək.
Bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkof Mayamidə Amerika Biznes Forumumda açıqlayıb.
Başqa bir ABŞ rəsmisi “Axios”a bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu saatlarda ABŞ Prezidenti Donald Trampla görüşündə ölkəsinin Abraham sazişinə qoşulacağını bəyan edəcək.
Qeyd edək ki, bu gün Ağ Evdə ABŞ prezidenti ilə Mərkəzi Asiyanın 5 ölkəsinin liderləri ilə görüş keçiriləcək.
Abraham sazişi İsrailin ərəb və müsəlman ölkələri ilə münasibətlərinin normallaşmasını nəzərdə tutan razılaşmadır.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?