Bu əraziyə 1 metr 24 sm qar yağdı
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Aprelin 6-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir.
Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir.
Azərbaycanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 94 (aylıq normanın 311%-i), Qubada 83 (aylıq normanın 174%-i), Xaltanda 74 (aylıq normanın 109%-i), Xızıda 69 (aylıq normanın 95%-i), Qusarda 69 (aylıq normanın 144%-i), Şabranda 63 (aylıq normanın 209%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkirdə 17, Zaqatalada 16, Balakən, Qəbələdə 13, Qobustanda 12, Lerik, Şamaxıda 10, İsmayıllı, Neftçala, Goranboyda 8, Bərdədə 7, Mingəçevir, Yevlax, Ağdam, Naftalanda 6, Şahbuz, Ağstafa, Biləsuvar, Astara, Tovuzda 4, Yardımlıda 3, Gəncə, Göyçay, Zərdab, Tərtərdə 2, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Salyan, Şərur, Ordubad, Sədərək, Naxçıvan, Füzuli, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.
Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı