"Bəzi hallarda telefon qiymətinə Çin avtomobili almaq mümkündür" - Ekspertdən xəbərdarlıq
"Bəzi hallarda telefon qiymətinə Çin avtomobili almaq mümkündür" - Ekspertdən xəbərdarlıq
Son illər Azərbaycan bazarında Çin avtomobillərinin sayında kəskin artım müşahidə olunur. Yeni, sıfır kilometr avtomobillərin münasib qiymətə təklif olunması insanların bu bazara marağını xeyli artırıb.
Lakin 2026-cı ildən bu avtomobillərə tətbiq edilən gömrük güzəştlərinin aradan qaldırılması gözləntisi bəzi avtosalonları hərəkətə keçirib.
Son zamanlar sosial şəbəkələrdə Çində istehsal olunan ikinci əl (işlənmiş) avtomobillərin satışı ilə bağlı elanlara rast gəlinir.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bu tendensiya ilə bağlı münasibət bildirib:
"Sadəcə qiymət ucuz olsun deyə, baxırsınız ki, bəzi hallarda hətta bir mobil telefonun qiymətinə Çin avtomobili almaq mümkündür. Yəni ikinci əl, işlənmiş, qəzalı. Ona görə bu, böyük bir riskdir. Adamlar alırlar, kosmetik dəyişikliklər edirlər, sonra da vacib bir element sıradan çıxanda aylarla onun bir detalını gözləyirlər", - deyə o bildirib.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu