C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı
C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi açıqlandı
Təbii C vitamininin ən çox hansı qidalardan qəbul edildiyi bəlli olub.
Tanınmış rusiyalı həkim Natalya Mixaylova gazeta.ru-ya açıqlamasında itburnu, kivi, qarağat, sitrus meyvələri, bolqar bibəri və kartofun adını çəkib.
Onun sözlərinə görə, C vitamini qida və ya pəhriz əlavələri şəklində qəbul edildikdə faydalıdır.
Həkim deyib ki, C vitamini kollagen sintezini stimullaşdıran və hüceyrələri oksidləşdirici stresdən qoruyan ən güclü təbii antioksidantlardan biridir. Oksidləşdirici stresdən qorunmaqla yanaşı, C vitamini dərinin parlaqlığına kömək edir, qan damarlarının divarlarını gücləndirir, onların elastikliyini artırır və qan axınını yaxşılaşdırır.
Rusiyalı həkimin dediyinə görə, daxilə qəbul etməkdən fərqli olaraq, üzünüzə təbii C vitamini çəkmək - məsələn, askorbin turşusu, limon və ya portağal - heç bir fayda vermir.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu