Telefon
WhatsApp
Çernobıldakı heyvanlar alimləri təəccübləndirdi
300 X 250 Reklam Alanı

Alimlər müəyyən ediblər ki, Çernobılın təcrid zonası Avropada vəhşi məməlilər üçün ən böyük sığınacaqlardan birinə çevrilib.

Yeni info.az Azərtac-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri “Proceedings of the Royal Society B” (PRSB) jurnalında dərc olunub.

Tədqiqatçılar Çernobıl zonasında, qoruqlarda və Ukraynanın şimalındakı adi ərazilərdə 174 fototələ quraşdırıblar. Müşahidələr göstərib ki, ən zəngin heyvan müxtəlifliyi məhz təcrid zonasında və ona bitişik Drevlyan qoruğunda qeydə alınıb. Burada vaşaq, canavar, sığın, nəcib maral və hətta Prjevalski atlarına daha tez-tez rast gəlinib.

Alimlərin sözlərinə görə, əsas amil radiasiya çirklənməsi deyil, insanların demək olar ki, tamamilə olmamasıdır. Əraziyə girişin məhdudlaşdırılması, ovun qadağan edilməsi və təsərrüfat fəaliyyətinin zəif olması heyvanlara populyasiyanı bərpa etməyə və əvvəllər demək olar ki, yoxa çıxdıqları ərazilərə yenidən qayıtmağa şərait yaradıb. Kiçik qoruqlarda və adi ərazilərdə göstəricilər nəzərəçarpacaq dərəcədə aşağı olub.

Araşdırma müəllifləri hesab edirlər ki, tədqiqat insan müdaxiləsinin minimum olduğu böyük mühafizə zonalarının nə qədər vacib olduğunu göstərir.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150