Cey Di Vensi Cənubi Qafqaza səfərində azı 10 təyyarə müşayiət edib - Təhlükəsizliyə niyə maksimum nəzarət var?
Cey Di Vensi Cənubi Qafqaza səfərində azı 10 təyyarə müşayiət edib - Təhlükəsizliyə niyə maksimum nəzarət var?
Sovet imperiyasından ayrılıb müstəqil dövlətə çevrilən Cənubi Qafqaz ölkələrinə zaman-zaman Amerika Birləşmiş Ştatları tərəfindən yüksəksəviyyəli səfərlər təşkil olunub. Bu gün Cənubi Qafqaz yenə dünyanın diqqət mərkəzindədir. Bu dəfə region Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin səfəri ilə dünya miqyasının manşetlərindədir.Vitse-prezidentin Ermənistan və Azərbaycana fevralın 9-da başlayan səfəri ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. Təhlükəsizliyi təmin etmək üçün Vaşinqtona məxsus "C-17" hərbi nəqliyyat təyyarələri Ermənistana eniş edib. Məlumatlara görə, Vensin Cənubi Qafqaza səfəri zamanı onu azı 10 təyyarə müşayiət edib.
Məlumdur ki, xüsusi vəzifəli şəxslərin təhlükəsizliyini təmin etmək zərurətdir. Nəzərə almaq lazımdır ki, vitse-prezident ABŞ konstitusiyasına əsasən ikinci şəxsdir. Birləşmiş Ştatlarda prezident vəzifələrini icra edə bilmədiyi anda o, qanuni prezidentə çevrilir. Eləcə də Senatda səslər əlli-əlliyə nisbətində olanda son sözü vitse-prezident deyir. Həmçinin administrasiya üzvlərinin andiçməsini Birləşmiş Ştatlarda vitse-prezident qəbul edir.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq