Telefon
WhatsApp
Ceyhun Bayramov: Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb
300 X 250 Reklam Alanı

Azərbaycan Sülh sazişinin yekunlaşdırılması ilə bağlı üzərinə düşən işləri yekunlaşdırıb.

Yeni info.az-a APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan arasında Vaşinqton Sammiti çərçivəsində birgə bəyanat imzalanıb: “Sülh sazişinin mətni artıq paraflanıb, mətn ictimaiyyətə açıqdır. Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlham Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra Sülh sazişi imzalana bilər”.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistanda yeni Konstitusiya qəbul edilməsi istiqamətində addımların atıldığını parlament seçkilərindən sonra Baş nazir Paşinyan bir daha səsləndirib: “Bizi maraqlandıran və narahat edən əsas məqam Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır”.

Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150