Ceyhun Bayramov: "İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi"
Ceyhun Bayramov: "İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirdi"
"Noyabrın 8-nə yaxın olan günlərdə Ermənistan artıq bizim şərtlərimizi qəbul etməyə hazır idi".
Bunu İctimai Televiziyanın efirində yayımlanan "Təmas xətti" verilişində xarici işlər naziri Ceyhun Bayramov 44 günlük müharibə günlərində aparılan diplomatik qarşıdurma barədə danışarkən deyib.
Onun sözlərinə görə, müharibənin son günlərində danışıqlar birbaşa Azərbaycan və Rusiya prezidentləri arasında aparılıb. Məhz bu zaman Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli bəyanata israrla üç maddəni əlavə etdirib - Laçın, Kəlbəcər və Ağdamdan erməni silahlı qüvvələrinin dəqiq çıxarılma tarixi, üçtərəfli bəyanatın müddətli olması və Rusiya sülhməramlılarının əraziyə daxil olmaları ilə erməni silahlılarının ərazidən çıxarılmasının eyni vaxtda icra olunması.
C.Bayramov müharibənin başa çatmasına dair üçtərəfli bəyanatın əhəmiyyətindən də danışıb. O, qeyd edib ki, bu sənəd Azərbaycanı bir çox fəlakətlərdən qoruyub.
"Bu olmasaydı, çox fərqli ssenarilərlə üzləşə bilərdik. Məsələn, Kəlbəcər və Laçının müdafiəsi zamanı bilavasitə Ermənistan ərazisinə zərbələr endirilməli idi. Çünki bu rayonlar Ermənistanla sərhəddədir və biz həmin əraziləri azad edərkən mülki şəxslər də vurula bilərdi. Ermənistan isə KTMT üzvüdür. Biz həmin əraziləri silahla azad etsəydik, nə qədər itkilər verə bilərdik. Əgər biz sülhməramlıların yerləşdirilməsinə razı olmasaydıq, bütün dünyada çox təhlükəli ittihamlarla üzləşəcəkdik. Həmin dövr üçün üçtərəfli bəyanat ən doğru seçim idi", - deyə nazir vurğulayıb.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"