Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı
Ceyhun Bayramov iranlı həmkarı ilə danışdı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Arakçı arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı daha da gərginləşməkdə olan regional vəziyyətdən dərin narahatlıq ifadə olunub.
Bölgədə hərbi toqquşmaların tezliklə dayandırılması istiqamətində diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.







Oxşar -Yeniinfo.az
Qusarda 3 metr qar yağdı - Sakinlər köməksiz qaldı
Dəm qazından zəhərlənən uşaqlardan ikisi evə buraxıldı
Onların maaşlarında artımlar olacaq - Tapşırıq verildi
Gömrükdə malların buraxılışı məsələsi ilə bağlı yenilik
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?