Ceyhun Bayramov "Napoli" - "Qarabağ" matçını stadiondan izləyib
Ceyhun Bayramov "Napoli" - "Qarabağ" matçını stadiondan izləyib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onu müşayiət edən nümayəndə heyəti İtaliyaya rəsmi səfər çərçivəsində Neapolda UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda "Napoli" - "Qarabağ" qarşılaşmasını izləyib.
Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
"Bu, Azərbaycanın Avropa futbolunda güclü mövqeyini və milli çempionlarımızı beynəlxalq arenada dəstəklədiyini nümayiş etdirən qürurverici an olub", - paylaşımda vurğulanıb.
C. Bayramov da öz səhifəsində paylaşım edib, "Qarabağ"ın Azərbaycanı Avropada qürurla təmsil etdiyini vurğulayıb.
"Oyun başa çatdıqdan sonra "Qarabağ" FK-nın prezidenti Tahir Gözəl ilə birlikdə futbolçularımızı salamladıq və Avropanın ən güclü klublarından biri olan "Napoli"yə qarşı göstərdikləri qətiyyətli çıxışa görə minnətdarlığımızı bildirdik. Onlara qarşıdakı oyunlarda davamlı uğurlar arzuladım", - nazir bildirib.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu