Ceyhun Bayramov və Siyarto Azərbaycan-Macarıstan strateji tərəfdaşlığını müzakirə edib
Ceyhun Bayramov və Siyarto Azərbaycan-Macarıstan strateji tərəfdaşlığını müzakirə edib
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, gələcək plan və layihələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud siyasi dialoqun, qarşılıqlı səfər və təmasların, habelə strateji dialoq və siyasi məsləhətləşmələr kimi mexanizmlərin tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
İkitərəfli əsasda Azərbaycan və Macarıstan arasında iqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bərpaolunan enerji ehtiyatları, humanitar, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə çoxşahəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, iqtisadi əlaqələrin daha da gücləndirilməsi baxımından potensialın mövcudluğu, bu istiqamətdə perspektivlərin müzakirəsi istiqamətində Azərbaycan və Macarıstan Hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın rolu vurğulanıb.
Bərpaolunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətinin strateji tərəfdaşlıq münasibətlərimizin vacib komponentlərindən biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı kabel/Yaşıl Orta Dəhliz təşəbbüsünün irəlilədilməsi fəaliyyətinin davam etdirilməsinin zəruriliyi görüşdə vurğulanıb.
Macarıstanın işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərinə töhfəsi minnətdarlıqla qeyd olunub.
Görüşdə, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
12:46
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
Görüş Səmərqənddə UNESCO-nun Baş Konfransı çərçivəsində baş tutub.
Nazirlər siyasi dialoq, iqtisadi və humanitar tərəfdaşlıq, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Macarıstan ikitərəfli əməkdaşlığının cari gündəliyi barədə fikir mübadiləsi aparıblar.
Tərəflər, eyni zamanda, regional hadisələri müzakirə ediblər və iki dost ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə qarşılıqlı sadiqliklərini bir daha təsdiqləyiblər.







Oxşar -Yeniinfo.az
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Bakıda sıxlıq olan küçələrin SİYAHISI - 26.12.2025
Üç ildir itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Cinayətkar meyiti basdıraraq üstündə it damı tikib
Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu
İlham Əliyev Ağdamdan hansı mesajları verdi?
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ