Telefon
WhatsApp
Ceyhun Bayramovla Türkmənistan XİN rəhbəri arasında telefon danışığı olub
300 X 250 Reklam Alanı

7 mart tarixində Türkmənistanın Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə XİN məlumat yayıb.

Telefon danışığı zamanı, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası tərəfindən dron hücumlarından irəli gələn məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir. Hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində izahat verilməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Türkmənistan naziri mövcud vəziyyətin narahatlıq doğurduğunu diqqətə çatdırıb.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150