"ChatGPT"də reklam funksiyası əlavə oluna bilər
"ChatGPT"də reklam funksiyası əlavə oluna bilər
Android üçün "ChatGPT" mobil tətbiqinin beta versiyasında reklam göstərilməsi mexanizmlərinin hazırlanmasına işarə edən kod aşkar edilib.
Bu barədə "Bleeping Computer" nəşrinə istinadən xəbər verir.
Beta versiyada "axtarış reklamları" və "reklam karuseli" kimi funksiyalara birbaşa istinadlar tapılıb. Bu, internet iqtisadiyyatını ciddi şəkildə dəyişə bilər, çünki indiyədək "OpenAI"nin çat-botu demək olar ki, bannerlərdən tam azad idi.
Güman edilir ki, ilkin mərhələdə reklam modulları yalnız axtarış funksiyalarına inteqrasiya olunacaq, lakin gələcəkdə bu, süni intellekt ilə digər qarşılıqlı əlaqə növlərinə də şamil oluna bilər.
Son məlumatlara əsasən, hər həftə təxminən 800 milyon insan "ChatGPT"dən istifadə edir, gündəlik sorğu sayı isə təxminən 2.5 milyarddır. Ən böyük istifadəçi bazasına malik ölkə Hindistandır və o, bu göstəricidə ABŞ-ni geridə qoyub.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu