Çin dolları sıxışdırır: ABŞ hərəkətə keçdi
Çin dolları sıxışdırır: ABŞ hərəkətə keçdi
Ağ Ev və Maliyyə Nazirliyinin rəsmiləri dollarlaşma üzrə ekspert Stiv Hanke ilə görüşüb, dolların digər ölkələr üçün əsas valyuta kimi təşviq edilməsini müzakirə ediblər.
Bu barədə “Faynənşl Tayms" Stiv Hankeyə istinadən məlumat yayıb.
Nəşr vurğulayır ki, bu yolla Donald Tramp administrasiyasının nümayəndələri Çinin dünyada dolların rolunu azaltmaq cəhdlərinin qarşısını almaq niyyətindədir. Artıq iki iclas keçirilib, lakin hələlik heç bir qərar verilməyib.
Hanke bildirib ki, Çinin inkişaf etməkdə olan ölkələrə ABŞ valyutasından istifadəni azaltmağa çağırışları Ağ Evdə narahatlıq yaradır.
O hesab edir ki, Birləşmiş Ştatlar dollarla ifadə olunan stabil koinlərin istifadəsini genişləndirməyə çalışır, ona görə də Amerika valyutasının təşviqi onlar üçün xüsusilə faydalıdır.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?