Çin dünyanın ən böyük pilotsuz uçuş aparatını təqdim edib
Çin dünyanın ən böyük pilotsuz uçuş aparatını təqdim edib
Çin ilk dəfə olaraq dünyanın ən böyük pilotsuz uçuş aparatını (PUA) təqdim edib.
"Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Tszyutan" ("Jiutian SS-UAV") ağır PUA-sı ilk uçuşunu uğurla başa çatdırıb.
PUA-nın qanad uzunluğu 16 metrdən çoxdur. Maksimum uçuş kütləsi 16 ton, yükdaşıma qabiliyyəti isə 6 tondur. "Tszyutan" 12 saata qədər avtonom işləyə, 7 000 km məsafə qət edə bilər, maksimal uçuş hündürlüyü 15 000 metrdir.
PUA 100-dən çox dron və ya kiçik raketin buraxılması üçün nəzərdə tutulub.
O, müxtəlif tapşırıqlar üçün istifadə edilə bilər: ucqar bölgələrə ağır yüklərin dəqiq çatdırılması, fövqəladə rabitənin bərpası, təbii fəlakətlər zamanı yardım göstərilməsi, coğrafi çəkiliş xidmətləri, fəlakət zamanı vəziyyətin qiymətləndirilməsi və faydalı qazıntıların axtarışı.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək