Çin İranın bombalanmasına qarşı çıxdı
Çin İranın bombalanmasına qarşı çıxdı
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib ki, onun ölkəsi İranı qanuni maraqlarını və hüquqlarını qorumaqda dəstəkləyir.
Mao Ninq bu açıqlamanı Pekində keçirilən mətbuat konfransında səsləndirib.
Yaxın Şərqdəki vəziyyətə toxunan Ninq bildirib ki, ölkəsi problemlərin diplomatik yolla həll edilməli olduğuna inanır və güc və ya təhdid tətbiqinə qarşıdır.
Ninq əlavə edib: "Ümid edirik ki, bütün tərəflər sülhə dəyər verəcək, təmkin nümayiş etdirəcək və fikir ayrılıqlarını dialoq yolu ilə həll edəcək".
Xatırladaq ki, İran ətrafında vəziyyət getdikcə gərginləşir. ABŞ-ın İrana hava zərbələri endirməsi Vaşinqton Administrasiyasında müzakirə olunmaqdadır.







Oxşar -Yeniinfo.az
İran Təl-Əvivdə dron zavodunu vurdu
Pakistanda daşqınlar: 45 nəfər öldü
Novorossiyskə zərbə endirilir
Hörmüz heç vaxt əvvəlki statusuna qayıtmayacaq - SEPAH
Pilotun xilası əməliyyatı: İranın itkiləri üzə çıxdı
Ukrayna bu 4 şəhərə 24 saatdır ardıcıl hücum edir
Əməliyyat bitdi, ABŞ zərbələrə davam edir
İrandan Trampa cavab: Açarlar güldanın altındadır!