Telefon
WhatsApp
Çin XİN rəsmisi: Müctəba Xameneiyə qarşı istənilən addımı qəbuledilməz sayırıq
300 X 250 Reklam Alanı

Çin İranın yeni ali rəhbəri Müctəba Xameneiyə qarşı yönəlmiş istənilən addıma qarşıdır.

Bu barədə "Times of Israel" Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Qo Tszyakunun bəyanatına istinadən məlumat yayıb.

"Çin hər hansı bəhanə ilə digər ölkələrin daxili işlərinə müdaxilənin əleyhinə çıxış edir. İranın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyü qorunmalıdır", - Tszyakun bildirib.

O həmçinin qeyd edib ki, yeni rəhbərin təyin edilməsi İran tərəfinin konstitusiyaya uyğun olaraq qəbul etdiyi qərardır.

Xatırladaq ki, Müctəba Xamenei bu gün İranın yeni ali rəhbəri təyin edilib. O, bu vəzifədə ABŞ və İsrailin birgə əməliyyatı nəticəsində fevralın 28-də öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəzləyib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150