Telefon
WhatsApp
Çində 55 gün komada qalan səkkiz yaşlı oğlanın möcüzəvi oyanışı
300 X 250 Reklam Alanı

Çində səkkiz yaşlı oğlan sinif yoldaşlarının səslərini eşitdikdən sonra 55 günlük komadan ayılıb.

Bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Bildirilir ki, Hunan əyalətindən olan Lyu Çusi noyabr ayında yol-nəqliyyat hadisəsi nəticəsində ağır beyin və ağciyər xəsarətləri alıb. Həkimlər onun ayılma şanslarını son dərəcə zəif qiymətləndiriblər.

Zərərçəkənin anası müalicə üçün mümkün olan bütün yolları axtarıb. Həkimlərdən biri beynin stimullaşdırılması üçün tanış səslərdən istifadə etməyi tövsiyə edib. Qadın oğluna məktəblə bağlı səsyazmaları dinlətməyə başlayıb.

Oğlanın müəllimi sinif yoldaşlarını bir araya gətirərək onun üçün təsirli videolar hazırlayıb. Uşaqlar Lyunu futbol oynamağa çağırır, dərslərə qayıtmasını xahiş edir və onun sevdiyi mahnıları oxuyurdular.

Ana hər gün bu yazıları oğluna dinlədib. 45 gün sonra uşaq ilk dəfə göz qapaqlarını tərpədərək reaksiya verib, daha sonra isə müəllimin səsini eşidəndə gülümsəyib.

55-ci gün Lyu tam şəkildə özünə gəlib və əlini hərəkət etdirə bilib. Müəllimi və dostları onu ziyarət edəndə isə o, gözlərini açmağa və onlara əl yelləməyə cəhd göstərib.

Lyu Çusinin anası baş verənləri əsl möcüzə adlandıraraq hər kəsə göstərilən dəstəyə görə təşəkkür edib.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150