Çinin elektrik və ya hibrid avtomobil satışında YENİ REKORD
Çinin elektrik və ya hibrid avtomobil satışında YENİ REKORD
Oktyabr ayında Çində 1 milyon 715 min ədəd yeni elektrik və ya hibrid avtomobil satılıb.
Bu barədə "Cnevpost" nəşri məlumat yayıb.
Satışların bir hissəsi ölkə daxilində həyata keçirilib, müəyyən miqdarda avtomobil isə ixrac olunub.
Çin Avtomobil İstehsalçıları Assosiasiyasının məlumatına görə, bu göstərici yeni aylıq rekord sayılır.
Bundan əlavə, elektromobil və hibrid nəqliyyat vasitələrinin bazar payı tarixdə ilk dəfə 50 faiz həddi keçib.
Maraqlıdır ki, "Tesla" 2022-ci ilin avqustundan bəri ilk dəfə Çin elektromobil və hibrid bazarının ilk onluğuna daxil ola bilməyib. Ən populyar marka isə BYD olub.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?