Cinpin Fransanı "dünya yol ayrıcında olduğu bir vaxtda" məsuliyyət nümayiş etdirməyə çağırıb
Cinpin Fransanı "dünya yol ayrıcında olduğu bir vaxtda" məsuliyyət nümayiş etdirməyə çağırıb
Çin və Fransa dünya yol ayrıcında olduğu bir vaxtda genişmiqyaslı dəyişikliklər şəraitində məsuliyyət nümayiş etdirməlidir.
Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin Pekində Fransa Prezidenti Emmanuel Makronla görüşü zamanı deyib. Görüş "YouTube" platformasında canlı yayımlanıb.
"Hazırda dünya yüz ildə görünməmiş, sürətlə inkişaf edən genişmiqyaslı dəyişikliklər yaşayır. Bəşəriyyət yenidən növbəti addımın hara aparacağına qərar verməli olduğu bir yolayrıcında dayanıb. Çin və Fransa məsuliyyət və qətiyyət göstərməli, çoxqütblülük bayrağını yüksək tutmalı, qaranlıq və dumanı yararaq irəliləməli, tarixin düzgün tərəfində möhkəm dayanmalıdır", – deyə Çin lideri vurğulayıb.
Onun sözlərinə görə, Çin və Fransa hər iki xalqın əsas maraqlarını və beynəlxalq ictimaiyyətin uzunmüddətli mənafeyini əsas götürərək daim müxtəlif maneələri dəf edib, bərabərhüquqlu dialoq apararaq daha sabit və uğurlu hərtərəfli strateji tərəfdaşlığı təmin edib.
Si Cinpin əlavə edib ki, tərəflər həmçinin "bərabərhüquqlu və nizamlı çoxqütblü dünyanın, inklüziv və qarşılıqlı faydalı iqtisadi qloballaşmanın irəlilədilməsinə yeni töhfə vermək" üzərində də çalışırlar.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək