Çirkli və sınıq avtobuslar: Bakıda sərnişin daşınmasında ciddi problem
Çirkli və sınıq avtobuslar: Bakıda sərnişin daşınmasında ciddi problem
Paytaxt Bakıda sərnişin daşınmasında hələ də köhnə, çirkli, natəmiz və oturacaqları sınıq olan avtobuslardan istifadə edilir. Hər gün yüzlərlə insanın istifadə etdiyi bu nəqliyyat vasitələrinin bərbad vəziyyəti sərnişinlərin ciddi narazılığına səbəb olur.
Sərnişinlər xidmətin keyfiyyəti ilə gediş haqqı arasında uyğunsuzluq olduğunu bildirirlər:
"Çox bərbad vəziyyətdədir. Zibil içindədir, oturacaqların hamısı sınıqdır. Qiymətlər qalxıb, amma marşrutlar bərbad vəziyyətdədir".
Nəqliyyat eksperti Elməddin Muradlı problemin hələ də aktuallığını qoruduğunu bildirib:
"Çox təəssüf ki, köhnə avtobuslar hələ də xətlərə buraxılır. Bu cür avtobuslara daha çox qəsəbədaxili marşrutlarda rast gəlinir. Mərkəzi küçələrdə isə demək olar ki, yoxdur. Amma yenə də belə avtobusların fəaliyyət göstərməsi narahatlıq yaradır. Ümid edirik ki, yaxın iki-üç il ərzində bu avtobuslar tamamilə xətdən çıxarılacaq".







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu