Cüzi vəsaitlə yeni həyata başlamağın mümkün olduğu 10 ölkə
Cüzi vəsaitlə yeni həyata başlamağın mümkün olduğu 10 ölkə
Vyetnam 46 ölkə arasında birinci yeri tutaraq, əcnəbilər üçün şəxsi maliyyə məsələlərində dünyanın ən əlverişli ölkəsi seçilib. Vyetnam bu uğuru ardıcıl beşinci dəfə təkrarlayıb.
Bu barədə "InterNations"un apardığı "Expat Insider" araşdırmasında məlumat verilib.
2014-cü ildən bəri hər il aparılan araşdırmada müxtəlif ölkələrdə yaşayan, 172 milləti təmsil edən 10 mindən çox əcnəbi vətəndaşdan məlumat toplanılıb.
Şəxsi maliyyə indeksi sorğusunda iştirak edən respondentlərdən maliyyə vəziyyətləri, ümumi yaşayış xərcləri və gəlirlərinin yaşadıqları ölkədə rahat yaşamaq üçün kifayət edib-etməməsi barədə məmnunluqları soruşulub.
2025-ci ildə əcnəbilər üçün maddi baxımdan ən əlçatan 10 ölkə bunlardır: Vyetnam, Kolumbiya, Panama, Çin, Tailand, İndoneziya, Filippin, Meksika, Malayziya, Braziliya.







Oxşar -Yeniinfo.az
Türkiyədə hərbi helikopter qəzaya uğradı
ABŞ ordusu döyüş hazırlığı vəziyyətindədir - Tramp
Ukraynadan sonra Rusiya NATO-ya hücum edəcək - Kəşfiyyat
Artıq onlar Ukrayna ilə bağlı qərara qarşı deyil - Maçinka
Avropadan ruslara böyük qadağa gəlir
Rusiya müharibənin gələcəyini yenidən formalaşdırır
Ukraynanın vurduğu yaşayış binası çökdü
Oyun qaydaları dəyişdi: İran-ABŞ arasında yeni mövzular