Daha bir ölkə Hörmüz blokadasından imtina etdi
Daha bir ölkə Hörmüz blokadasından imtina etdi
Avstraliya hökuməti Hörmüz boğazının blokadasında ABŞ-a qoşulmağı düşünmür.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər və ticarət nazirinin müavini Mett Tistletueyt deyib.
“Biz inanırıq ki, davamlı sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün benzin qiymətlərini aşağı salmağın ən yaxşı variantı diplomatik danışıqlardır”, - deyə nazir bildirib.
Dövlət rəsmisi Avstraliyanın İslamabadda keçirilən danışıqların nəticə verməməsindən məyus olduğunu dilə gətirib.
“Bu danışıqların bərpa olunmasını istərdik. Bu, boğazı birdəfəlik açmağın, beynəlxalq iqtisadiyyatı və benzin tədarükünü bərpa etməyin və avstraliyalılar üçün qiymətləri aşağı salmağın ən yaxşı yoludur”, - o əlavə edib.
Qeyd edək ki, bundan öncə Britaniya Hörmüz boğazının blokadasında iştirak etməyəcəyini açıqlayıb.







Oxşar -Yeniinfo.az
Ukrayna ilə bağlı buna razı olmayacağıq, lakin... - Magyar
İran ABŞ bazalarına zərbələr endirdi
Tramp İrana zərbələrə onlara görə razılıq verdi
Krımda qatarların gecə hərəkəti dayandırıldı
İranda mədən uçdu: ölən
SEPAH ABŞ-ın bu hərbi bazalarını vurdu
Pakistan Əfqanıstanı vurdu: 13 ölü, 14 yaralı
Ukrayna Rusiyanın qürur mənbələrindən birini məhv etdi