Daimi nümayəndə: "Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi regionu formalaşdırırlar"
Daimi nümayəndə: "Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi və geoiqtisadi regionu formalaşdırırlar"
"Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlığı ortaq tarix, qardaşlıq və regional əlaqəlilik üçün ümumi baxışa əsaslanaraq daha da güclənir".
Bunu Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov 11 dekabrda Cenevrədə Qırğız Respublikasının BMT yanında daimi nümayəndəliyi tərəfindən təşkil olunan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün nəticələrinə həsr edilmiş yan tədbirdə keçirilən paneldə çıxışı zamanı deyib.
Qeyd olunub ki, Mərkəzi Asiya və Azərbaycan dünyada əhəmiyyəti getdikcə artan vahid geosiyasi və geoiqtisadi regionu formalaşdırırlar.
Ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində genişmiqyaslı işlərə başladığı vurğulanıb, bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilib.
"Bu gün Azərbaycan və Mərkəzi Asiya şərqlə qərb, şimalla cənub arasında mühüm körpü və əlaqə rolunu oynayır. Orta Dəhliz strateji prioritetdir. Son üç ildə Azərbaycandan keçən yükdaşımalar 90% artıb. Zəngəzur dəhlizinin tamamlanması ilə regional əlaqəlilik daha da güclənəcək", - Q.İsrafilov vurğulayıb.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu