Daimi stresin dişlərə zərərli təsirləri açıqlanıb
Daimi stresin dişlərə zərərli təsirləri açıqlanıb
"Daimi stres diş ətinin sağlamlığına ciddi zərər verir. Bu da gingivit və periodontit kimi diş əti xəstəliklərinə səbəb ola bilər".
Bu barədə tanınmış rusiyalı həkim Dmitri Şavrov Gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, əsəb bədənin diş ətlərinə mənfi təsir göstərən kortizol hormonu istehsal etməsinə səbəb olur. Bu, immunitet sistemini zəiflədir, bakteriyaların yayılmasını asanlaşdırır, eləcə də kollagen istehsalını azaldır və toxumaları daha həssas edir.
Bundan əlavə, kortizol iltihabı artırır və qan damarlarını sıxır. Bu, diş ətlərinə oksigen və qida maddələrinin tədarükünü azaldır və onların sağalma prosesini ləngidir.
Ekspert vurğulayıb ki, xroniki stres diş əti problemlərini daha da ağırlaşdırır. Buna görə də, emosional vəziyyətii idarə etmək ağız sağlamlığı üçün vacibdir.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu