Dekabrın 10-da gözlənilən hava şəraiti
Dekabrın 10-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı yerlərdə aramsız və güclü olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9°, gündüz 10-12° dərəcə isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, bəzi şərq rayonlarında isə bir qədər güclənəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7°, gündüz 10-13° dərəcə isti, dağlarda gecə 0-5° dərəcə şaxta, gündüz 0-5° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Dekabrın 26-da gözlənilən hava şəraiti
Dekabrın 25-də gözlənilən hava şəraiti
Dekabrın 24-də gözlənilən hava şəraiti
Dekabrın 23-də gözlənilən hava şəraiti
Dekabrın 22-də gözlənilən hava şəraiti
Dekabrın 21-də gözlənilən hava şəraiti
Dekabrın 20-də gözlənilən hava şəraiti
Dekabrın 19-da gözlənilən hava şəraiti