Dekabrın 9-da gözlənilən hava şəraiti
Dekabrın 9-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Gündüz yağıntıda qısa müddətə fasilə olacaq. Mülayim şimal, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-10°, gündüz 10-13° dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6°, gündüz 9-13° dərəcə isti, dağlarda gecə 0-5° dərəcə şaxta, gündüz 0-5° dərəcə isti olacaq.







Oxşar -Yeniinfo.az
Aprelin 6-da gözlənilən hava şəraiti
Aprelin 5-də gözlənilən hava şəraiti
Aprelin 4-də gözlənilən hava şəraiti
Aprelin 3-də gözlənilən hava şəraiti
Aprelin 2-də gözlənilən hava şəraiti
Aprelin 1-də gözlənilən hava şəraiti
Martın 31-də gözlənilən hava şəraiti
Martın 30-da gözlənilən hava şəraiti