Delhidə 250-dən çox uçuş təxirə salındı
Delhidə 250-dən çox uçuş təxirə salındı
Hindistanın Delhi şəhəri üzərindəki şiddətli hava çirkliliyinin yaratdığı sıx duman 250-dən çox uçuşun təxirə salınmasına səbəb olub.
Bu barədə "Hindustan Times" nəşrinə istinadən xəbər verir.
Bundan əlavə, zəif görmə məsafəsi səbəbindən daha 22 uçuş ləğv edilib.
Son məlumatlara görə, Delhidə hava keyfiyyəti indeksi 358-ə bərabər olub ki, bu da təhlükəli çirklənmə səviyyəsini göstərir.
Bu problemlə mübarizə aparmaq üçün dekabrın 12-də hökumətin müvəqqəti tədbirləri qüvvəyə minib ki, buraya əsasən ofis işçilərinin hibrid iş qrafikinə keçirilməsi və müəyyən nəqliyyat vasitələrinin şəhərə girişinin qadağan edilməsi daxildir.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək