Din Xadimlərinin II Forumunun iştirakçıları Fəxri xiyaban, Zəfər abidəsi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər
Din Xadimlərinin II Forumunun iştirakçıları Fəxri xiyaban, Zəfər abidəsi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər
Din Xadimlərinin II Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Türkiyə, Özbəkistan, Qazaxıstandan olan nümayəndə heyətləri Fəxri xiyaban, Zəfər abidəsi və Hərbi Qənimətlər Parkını ziyarət ediblər.
Forum iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış Zəfər abidəsi ziyarət edilib. Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi dərin ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.
İştirakçılar həmçinin Hərbi Qənimətlər Parkında nümayiş etdirilən və Ermənistanın müharibə cinayətlərini sübuta yetirən eksponatlara baxıblar.
Qeyd edək ki, dekabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakıda "Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı" mövzusunda Azərbaycan Din Xadimlərinin II Forumu keçiriləcək.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu