Doktoranturaya qəbul imtahanlarının vaxtı AÇIQLANDI
Doktoranturaya qəbul imtahanlarının vaxtı AÇIQLANDI
Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat Mərkəzin saytı vasitəsilə 11–14 iyun tarixlərində aparılacaq.
Bu barədə Modern.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahan qrafikinə əsasən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 16-da keçiriləcək.
Doktoranturaya qəbul olmaq istəyən namizəd və doktoranturada oxuyan iddiaçıların danışıq bloku imtahanı 17 – 19 iyun tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirilmə şifahi formada kompüter proqramı vasitəsilə aparılır.
İyunun 25-də isə imtahanın dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı blokları keçiriləcək.







Oxşar -Yeniinfo.az
“Ford” “KamAz”a çırpıldı - 25 yaşlı gənc öldü
İsti havalarda nə qədər su içməliyik?
18 yaşlı gənc ağır qəza törətdi: ölən var
Məmmədlidə evlər hələ də su altındadır: Zəhərli ilanlar peyda olub
Alimlər Yeri Günəş qasırğalarından qorumağın yolunu tapıblar
Gündə neçə fincan çay içmək faydalıdır?
Zəngilanda yarmarka təşkil olundu
İlham Əliyev Putini təbrik etdi