Donald Tramp İordaniya kralını Qəzza Sülh Şurasına dəvət etdi
Donald Tramp İordaniya kralını Qəzza Sülh Şurasına dəvət etdi
İordaniya Kralı II Abdullah ABŞ Prezidenti Donald Trampdan Qəzza Zolağında idarəetmə məsələlərini həll edəcək Sülh Şurasına qoşulmaq üçün rəsmi dəvət alıb.
Bu barədə Krallığın Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata görə, dəvətlə bağlı sənədlər hazırda nəzərdən keçirilir.
Xatırladaq ki, bu həftənin əvvəlində Ağ Evin mətbuat xidməti Trampın sədrlik etdiyi Sülh Şurasına onun xüsusi elçisi Stiven Uitkoff, sahibkar və Trampın kürəkəni Cared Kuşner, Böyük Britaniyanın sabiq Baş naziri (1997-2007) Toni Bleyer, "Apollo Global Management" şirkətinin sahibi Mark Rouen, Dünya Bankının baş direktoru Acay Banqa və Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Robert Qabrielin daxil olacağını açıqlayıb.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi