Donald Tramp Tailandd və Kamboca arasında münaqişəni dayandırmaq niyyətindədir
Donald Tramp Tailandd və Kamboca arasında münaqişəni dayandırmaq niyyətindədir
ABŞ Prezidenti Donald Tramp Tailandd və Kamboca arasında münaqişəni dayandırmaq niyyətindədir.
Bu barədə Tramp özünün "Truth Social" hesabında yazıb.
ABŞ lideri Kambocanın Baş naziri Hun Manetə zəng edib, daha sonra Tailandın baş naziri vəzifələrini icra edən Phumtam Veçayaçay ilə danışıb.
"Elə alınıb ki, biz hər iki ölkə ilə gömrük rüsumları ilə bağlı ticarət danışıqları aparırıq, amma müharibə davam edəcəksə, biz onlarla heç bir sövdələşmə etmək istəmirik. Mən bunu onlara birbaşa dedim", - Tramp bildirib.
Prezident qeyd edib ki, Banqkokla danışıqlardan sonra hər iki tərəf hərbi əməliyyatları dayandırmaq istəyini ifadə edib.
Onun sözlərinə görə, iki ölkə arasında mövcud hərbi eskalasiya ona son vaxtlar Hindistan və Pakistan arasında eskalasiyanı xatırladıb.
Xatırladaq ki, iyulun 23-24-də Tailand-Kamboca sərhədində gərginlik yaranıb və döyüşlər başlayıb. Hər iki tərəfdən dinc sakinlər də daxil olmaqla, ölən və yaralananlar var.







Oxşar -Yeniinfo.az
Avropa ölkələri Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
Əraqçi İslamabada səfər edəcək
ABŞ-İran danışıqları bu tarixdə baş tutacaq
Tramp Britaniya kralı ilə görüşəcək: İran..
159 milyardı geri qaytarmalıyıq - Tramp
Bunsuz İran problemini həll etmək mümkün deyil - Lavrov
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər
Rusiyada yeni səfərbərlik: Böyük itki..