Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
Donald Tramp Viktor Orbana dəstəyini ifadə etdi
ABŞ Prezidenti Donald Tramp Macarıstanın Baş naziri Viktor Orbana dəstəyini bildirib.
"Truth Social" platformasındakı paylaşımda amerikalı siyasətçi baş naziri "əsl dost, döyüşçü və qalib" adlandırıb.
D.Trampın sözlərinə görə, Orban "ölkəsinin rifahı üçün müstəsna nəticələr əldə etməyi" bacarıb.
Ağ Ev rəhbəri vurğulayıb ki, Macarıstan və ABŞ arasında ikitərəfli münasibətlər onun administrasiyası dövründə keyfiyyətcə yeni səviyyəyə çatıb və bu, əsasən Orbanın sayəsində mümkün olub.
Qeyd edək ki, aprelin 12-də Macarıstanda parlament seçkisinin keçirilməsi planlaşdırılır.







Oxşar -Yeniinfo.az
Ərdoğan Pezeşkianla danışdı: hər cür dəstəyə hazırıq
Yaxın Şərq ölkələri ilə razılığa gəlmişik - Zelenski
İranla danışıqları bərpa etmək istəyirik - Merz
Putindən orduya göstəriş: Təxribata hazır olun!
Bu ölkə qırıcıları rus təyyarəsinə görə havaya qaldırıldı
Rus ordusu bu tarixə kimi Donetski tam işğal edə biləcək?
İranda səhər saatlarında dəfələrlə atəş səsləri eşidilib - KİV
İrandan Pakistandakı danışıqlarla bağlı açıqlama