Dörd saata yaxın davam edən Putin-Uitkoff görüşündə hansı razılıq əldə edildi?
Dörd saata yaxın davam edən Putin-Uitkoff görüşündə hansı razılıq əldə edildi?
Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff və sahibkar Cared Kuşnerlə görüşü dörd saata yaxın davam edib.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.
Onun sözlərinə görə, amerikalılar Putinə ABŞ və Ukrayna prezidentlərinin Davosdakı görüşü barədə məlumat veriblər.
Tərəflər yanvarın 23-ü Əbu-Dabidə təhlükəsizlik məsələləri üzrə Rusiya-ABŞ-Ukrayna üçtərəfli işçi qrupunun görüşünün keçirilməsi barədə razılığa gəliblər.
Uşakov bildirib ki, Rusiya nümayəndə heyətinə Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov başçılıq edəcək. Uitkoff özü isə Əbu-Dabidə Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşməyi planlaşdırır.
Kremldəki görüşdə, həmçinin Sülh Şurası, Qrenlandiya və digər məsələlər də müzakirə olunub.
Uşakovun sözlərinə görə, Rusiya tərəfi ərazi məsələsi həll olunmadan Ukraynada uzunmüddətli sülhün bərqərar ediləcəyini mümkün saymadığını və razılaşma əldə olunana qədər müharibəni davam etdirəcəyini açıqlayıb.
Ümumilikdə isə o, görüşü həm Rusiya, həm də ABŞ üçün bütün hallarda faydalı adlandırıb.







Oxşar -Yeniinfo.az
Tramp: Ərdoğan çox yaxşı dostumdur
Hava hücumlarına görə hava məkanını bağladı
Rusiya hərbçiləri Zəngəzur dəhlizinin keçəcəyi kəndi nəzarətə aldı - TƏCİLİ
Müharibəyə qoşulmaq istəyən rusların sayı azalıb
ABŞ qırıcısı Səudiyyənin hava məkanına daxil oldu
Rus ordusu Pavloqradı vurdu: 12 yaralı...
Vuçiç elan etdi: Tezliklə istefa verəcək, yeni vəzifəsi...
ABŞ İrandakı bu hədəflərə zərbələr endirdi