Dövlət Komitəsi: Xanyurdu öz sakinlərini qarşılayır
Dövlət Komitəsi: Xanyurdu öz sakinlərini qarşılayır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı, eləcə də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xanyurdu sakinlərinin ata-baba yurduna qayıdışını əks etdirən xüsusi videoçarx hazırlanıb.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
"Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edir. Xocalı rayonunun Xanyurdu kəndi də, bərpa olunduqdan sonra, öz sakinlərini qarşılayır. Kənddə onların rahat və müasir standartlara uyğun yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Doğma ocaqlarına dönən sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə təşəkkür edib, bu yolda canından keçən şəhidlərimizə rəhmət, ailələrinə isə səbir diləyiblər", - məlumatda qeyd olunub.
Oxşar -Yeniinfo.az
Çağıran O idi, vəsilə Hüseyn (ə): Son 1 gün
Hacıqabulda 53 yaşlı kişini qatar vurub öldürüb
Yatmazdan əvvəl hansı qidalar yuxusuzluğa səbəb olur?
Şokedici araşdırma: İnsanlıq minlərlə dili tarixdən silib
Xərçəng riskini azaltmağın yolları açıqlandı: Rusiyalı akademikdən mühüm tövsiyələr
Yeniyetmə anasının maşınını qaçırdı, qəza törətdi
İran Azərbaycandan bu məshsulun alışını artırıb
Azərbaycanda süni intellekt iş tapmağınıza kömək edəcək