DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində yeni inşa olunan 3 yeddimərtəbəli 8 girişli və 2 ikimərtəbəli 6 girişli xidməti yaşayış kompleksinin açılış mərasimi keçirilib.
Tədbirdən sonra 270 mənzildən ibarət yaşayış binaları zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların xidməti istifadəsinə verilib.
Bildirilib ki, müasir standartlara cavab verən təmirli yaşayış binalarına su, elektrik xətləri çəkilib, lift və mərkəzləşdirilmiş istilik sistemi quraşdırılıb, xidməti mənzillər mətbəx avadanlığı və sanitar qovşaq ləvazimatları ilə təchiz olunub. Eyni zamanda, binaların həyətində sakinlərin istirahəti üçün park və idman meydançası salınmış, yaşıllaşdırma işləri görülmüş, müxtəlif ağac və gül kolları əkilmiş, əraziyə asfalt örtük döşənib.
Sakinlər yaradılan şəraitdən məmnunluq ifadə edərək göstərdikləri ali diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirib.
Hərbi qulluqçulara yeni xidməti mənzillərin orderlərini təqdim edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev rəhbər heyət ilə birlikdə açılış mərasimindən sonra istifadəyə verilmiş yaşayış binalarında yaradılmış şəraitlə tanış olub.
Tədbirin sonunda yeni xidməti mənzillərin sakinləri ilə xatirə fotoşəkilləri çəkdirilib.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma